Sumqayıt şəhərində bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, dünən saat 18 radələrində şəhərdəki idman komplekslərinin birinin üzgüçülük hovuzunda 1991-ci il təvəllüdlü Oqtaybəyli Ülkər Elxan qızı üzərkən boğulub. Ona tibbi yardım göstərməyə çalışsalar da, artıq gec olub.
İlkin ehtimala görə, faciəyə 25 yaşlı qızın ayağında yaranmış qıcolma səbəb olub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.