[b]22 yaşlı oğlanı ölümcül hala saldılar[/b]
18 dekabr 2016 16:48 (UTC +04:00)

[b]22 yaşlı oğlanı ölümcül hala saldılar[/b]

0

Şəmkir rayon sakini bıçaqlanıb.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, rayonun Dağ İrmaşlı kənd sakini 1994-cü il təvəllüdlü Əsgərov Vüsal Vüqar oğlu döş boşluğunun sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Üzərində cərrahi əməliyyat aparılan yaralının vəziyyəti ağır qiymətləndirilir.

 

V. Əsgərovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 227

Oxşar yazılar