<b>20 min dolları 40 minə “çevirən”  kamerunluya <span style="color:red;">8 İL HƏBS TƏLƏBİ </b>
28 sentyabr 2017 15:02 (UTC +04:00)

20 min dolları 40 minə “çevirən” kamerunluya 8 İL HƏBS TƏLƏBİ

20 min dolları 40 minə “çevirən”  Kamerun vətəndaşı Vanbo Aurelienin cinayət işi üzrə məhkəmə davam edib.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında V.Aurelienin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, bu il fevralın 9-da Daxili İşlər Nazirliyinin rəsmi saytının yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən əcnəbi vətəndaş A.Vanbonun Bakı şəhər sakini Məmməd Məmmədova məxsus 20 min ABŞ dolları pulunu xüsusi kimyəvi vasitələrlə 40 min ABŞ dollarına çevirəcəyi adı ilə aldadaraq ələ keçirməsi müəyyən edilib.

A.Vanbonun Xətai rayonu ərazisindəki yaşadığı evə baxış zamanı oradan kimyəvi maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124
avatar

Səlcuq Elçin

Oxşar yazılar