<b>18 yaşlı oğlan avtomobillə divar arasında sıxılaraq ölüb</b>
05 dekabr 2016 09:37 (UTC +04:00)

18 yaşlı oğlan avtomobillə divar arasında sıxılaraq ölüb

0

 

Şirvanda 18 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1998-ci il təvəllüdlü Kazımov Fuad Tələt oğlu avtoyuma məntəqəsində avtomobillə divar arasında sıxılaraq xəsarət alıb.

 

Ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasında əməliyyat olunan gənc bu gün səhər saatlarında reanimasiya şöbəsində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 375

Oxşar yazılar