“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
O bildirib ki, tələbələrin qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq: "Biz artıq növbəti tədris ilində 40 tələbə qəbul etməyə hazırıq. Onlar gömrük spesifikasını nəzərə alaraq iqtisadiyyat və digər başqa fakültələrdə təhsil alacaqlar”.
A.Əliyevin sözlərinə görə, ali məktəbin işi üçün lazım olan infrastruktur artıq hazırdır: "Biz artıq hazırlıqları bitiririk. Birinci mərhələdə müəllim heyəti yerli mütəxəssislərdən ibarət olacaq. Gələcəkdə isə xarici müəllimlər də dəvət olunacaq. Biz xarici ekspertləri ali məktəbə mütəmadi olaraq dəvət etmək niyyətindəyik".