
Avropa çempionatında ilk medal!
0
0
Polşanın Poznan şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası ilk medalını qazanıb. Lent.az-ın məlumatına görə, kanoeçimiz Aleksey Kupin yeniyetmələrin mübarizəsində 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.
Təmsilçimiz finişə 4 dəqiqə 1,778 saniyəyə çatıb. Ukraynalı Pavlo Altuxov 3 dəqiqə 57,274 saniyə nəticə ilə qızıl, macarıstanlı Kristof Xat isə 3 dəqiqə 58,302 saniyə göstərici ilə gümüş medala sahib olub.
Qeyd edək ki, Aleksey Kupin Avropa çempionatında 500 metr məsafəyə yürüşdə də finala yüksəlib. 18 yaşlı kanoeçimiz mayın 30-da Bakı vaxtı ilə saat 12:39-da daha bir medal uğrunda mübarizə aparacaq. Bu məsafəyə yürüşdə kayakçımız Mirnazim Cavadov da finalda çıxış edəcək. Onun iştirakı ilə yürüş isə sabah saat 15:55-də olacaq.
0
0