Bu gün prezidentliyə namizədlərin televiziya çıxışı ilə əlaqədar Milli Şuranın namizədi Cəmil Həsənlinin bir qrup tərəfdarı İTV-nin qarşısına toplaşıb.
Azadliq.info-nun xəbərinə görə, onlar Cəmil Həsənlini televiziyadan çıxarkən qarşılamaq istəyiblər. Lakin polis bu şəxslərin dağılışmasını tələb edib.
C. Həsənlinin tərəfdarlarından 5 nəfərin saxlanıldığı bildirilir.
Gənclərin verdiyi məlumata görə, saxlanılanlar Yasamal rayon Polis İdarəsinə aparılıb, daha sonra isə sərbəst buraxılıblar.
azadliq.info