Azərbaycanlı “qanuni oğru”, 48 yaşlı Vaqif Süleymanov Moskva ətrafında saxlanılıb.
Lent.az-ın “aznews”-a istinadən verdiyi məlumata görə, kriminal aləmdə “Vaqif Bakinski” kimi tanınan “qanuni oğru” restoranda olduğu zaman polis ora basqın edib. Onun üstündən 116 min rubl tapılıb ki, bu pulun adı çəkilməyən kommersant tərəfindən hansısa işin müqabilində verildiyi bildirilir.
Başqa məlumata görə isə azərbaycanlı “qanuni oğru” iş adamından ümumilikdə 19 milyon rubl alıb. V.Süleynamovla yanaşı Gürcüstandan olan bir nəfər də saxlanılıb. Onun üstündən silah tapılıb.
Qeyd edək ki, heroin saxlamağa görə həbs edilən V.Süleymanov bu ilin iyulundan vaxtından əvvəl azadlığa buraxılmışdı.
“Vaqif Bakinski”nin həbs xəbəri yayıldı
1655