“TurAz Qartalı” təlimlərinə döyüş helikopterləri də qoşuldu
01 sentyabr 2015 11:23 (UTC +04:00)

“TurAz Qartalı” təlimlərinə döyüş helikopterləri də qoşuldu

0

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri bu gün də davam edib. Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimlərdə aviasiya qüvvələrinə məxsus Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, eləcə də Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edir.

 

Təlimlərin ssenarisinə əsasən helikopterlər uçuşlar keçirməklə Hava Hücumundan Müdafiə bölmələrinə qarşı radiomaneələrin tətbiqi və helikopterlərin bort müdafiə komplekslərinin yoxlanılması üzrə verilən tapşırıqları icra ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar