”Təzə bazar”da özünü yandıran qadın niyə “Rövşən” ləqəbi ilə tanınıb? - TƏFƏRRÜAT
15 avqust 2015 11:11 (UTC +04:00)

”Təzə bazar”da özünü yandıran qadın niyə “Rövşən” ləqəbi ilə tanınıb? - TƏFƏRRÜAT

Dünən səhər saatlarında Bakının Nəsimi rayonunda yerləşən "Bakı Mərkəzi Bazar" ticarət obyektində üzərinə benzin tökərək özünə od vuran qadınla bağlı bəzi detallar məlum olub. APA TV-nin məlumatına görə, özünü yandıran şəxs 36 yaşlı Xatirə İmanova Nadir qızıdır.

 

Hadisə baş verən zaman bazarda olan şəxslər Xatirəyə heç bir kömək edə bilməyiblər. Nəticədə Xatirə yanaraq dünyasın dəyişib. Ticarət mərkəzində işləyən satıcıların sözlərinə görə, qadının psixi problemləri olub.

 

Bazarda çəkiliş aprarkən 36 yaşlı Xatirə ilə bağlı bəzi maraqlı məqamlar da ortaya çıxdı. Satıcıların bir qismi onu qadın kimi tanısa da, digər qisminin təəssüratları fərqlidir. Xatirə zərif cinsin nümayəndələridən öz geyimi ilə fərqlənib. Qadın paltarları yox, kişi geyimləri geyinən Xatirə İmanova bazarda "Rövşən" kimi də tanınıb.

 

Faktla baglı Nəsimi rayonunda cinayət işi başlanıb.

 

Xatırladaq ki, dəhşətli intihar hadisəsi bazarın balıq sexi adlanan hissəsində baş verib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139
avatar

Oxşar yazılar