“SOCAR Turkey Enerji”dən Türkiyədəki layihələrə<span style="color:red;"> 5 MİLYARD  - YENİLƏNİB
03 iyun 2014 16:55 (UTC +04:00)

“SOCAR Turkey Enerji”dən Türkiyədəki layihələrə 5 MİLYARD - YENİLƏNİB

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Enerji” 2015-ci ilə qədər Türkiyədəki layihələrinə 5 mlrd. dollar vəsait yatıracaq.


 

APA-Economics”in məlumatına görə, bunu “SOCAR Turkey Enerji” şirkətinin rəhbəri Kənan Yavuz bildirib.

 

Onun sözlərinə görə artıq “SOCAR Turkey Enerji” Türkiyənin ən böyük investor olub: “Bu günə qədər şirkət Türkiyədəki layihələrinə 3,5 mlrd. dollar investisiya qoyub. Bu ilin sonuna qədər isə daha 1 mlrd. dollar investisiya ediləcək. Bu yatırım portfeli neft-kimya, logistika, enerji, daşınma, “TransAnadolu” təbii qaz kəməri layihəsinin, Petlim limanının və külək dəyirmanı layihəsinin tikintisi imkanına əldə ediləcək və gələcəkdə 20 mlrd. dollara çatdırılacaq”.

 

K. Yavuz xatırladıb ki, keçən həftə “Star” neft emalı zavodunun tikintisində çox böyük uğur əldə olunub: “Bu layihə Avropanın və Türkiyənin ən böyük layihəsidir. Biz bu günlərdə 3,5 mlrd. dollarlıq və 18 il müddətinə layihənin maliyyələşdirilməsi müqaviləsini imzaladıq. Burada 23 beynəlxalq ixrac bakının, Yaponiya, ABŞ, Koreya, İspaniya və İtaliya baklarının bu maliyyə müqaviləsinə cəlb etdik. İnşallah, 46 ay sonra, yəni 2017-ci sonunda “Star” neft emalı zavodu fəaliyyətə başlayacaq”.

 

K. Yavuz deyib ki, bu zavod tikilib istifadəyə verildikdən sonra Türkiyənin ən böyük sənaye şirkəti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673
avatar

Oxşar yazılar