“Saz Müştəri Xidmətləri”ni talayan şəxs tutuldu
05 sentyabr 2013 14:20 (UTC +04:00)

“Saz Müştəri Xidmətləri”ni talayan şəxs tutuldu

Sumqayıtda “Saz Müştəri Xidmətləri” mağazasından oğurluq edən şəxs yaxalanıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-nə keçən gecə şəhər sakini Pərviz Zeynalova məxsus “Saz Müştəri Xidmətləri” mağazasından açar seçmək yolu ilə 3000 manat pul, qeydiyyat kartları və kompüter modemlərini oğurlamış şəhər sakini Elçin Ağayev tutulub.

# 406
avatar

Oxşar yazılar