Müğənni Səidə Sultan həmkarlarının onun haqda danışdıqlarına əsəbiləşib.
Axşam.az-ın məlumatına görə, o, “Space” telekanalında yayımlanan “Plyus-Minus” verilişində hər kəsə ismarıc göndərib:
“Hamı arxamca danışır. Onlara demək istəyirəm ki, sadəcə sizə baş qoşmuram. Heç kimdən qorxmuram, məni tək görməsinlər. Üzümə gülüb ayağımın altını qazanlar öz yerlərini bilsinlər”.
Müğənni əcnəbi rejissorlara klip çəkdirən sənətçilərdən də danışıb:
“Xaricdə işıq üzü görən kliplərdə fərqli heç nə yoxdur. Eyni ssenari qalır. Sadəcə qiyməti baha deyirlər. Biri deyir 50 min, biri də deyir 100 min xərclədim. Amma pulsuz çəkilən kliplərdən heç nə ilə seçilmirlər. Bəlkə də yalandan qiyməti şişirdirlər”.