Bu barədə “Human Rights House” şəbəkəsinin Cenevrə bürosunun rəhbəri Florian İrminger öz “Twitter” səhifəsində yazıb.
Təşkilatın baş ofisindən isə “APA-Economics”ə bildirilib ki, “Oxfam”ın Azərbaycandakı proqramı araşdırılır: “Lakin “Oxfam”a qarşı heç bir rəsmi ittiham irəli sürülməyib. Hazırda “Oxfam” hökumətin tələbləri üzrə lazımi məlumatları təqdim edir, lakin Azərbaycan hökumətinin təşkilata qarşı irəli sürə biləcəyi qanun pozuntusu ittihamını sübut edəcək və ya istintaq əməliyyatını əsaslandıracaq hər hansı dəlilə sahib olduqları barədə dəqiq məlumatımız yoxdur”.
Məlumatda daha sonra bildirilib ki, “Oxfam” BB dünyadakı 17 “Oxfam”dan ibarət Beynəlxalq Oxfam Konfederasiyasının üzvüdür: ““Oxfam” müstəqil və tərəfsiz qeyri-hökumət təşkilatı olmaqla, dünyanın 90 ölkəsində yoxsulluğun və səfalətin azaldılması istiqamətində layihələr həyata keçirir. “Oxfam” BB Azərbaycanda 20 ildir mandatına uyğun fəaliyyət göstərir. Hazırda hökumət orqanlarının araşdırması davam etdiyindən, bundan artıq şərh verməyimiz düzgün olmazdı”.