Futbol üzrə Azərbaycan I divizionunun püşkü atılıb. Lent.az-ın məlumatına görə, püşaktma mərasimində çempionatda 15 komandanın çıxış edəcəyi açıqlanıb.
Yeni yaradılan “İçərişəhər” adlı komandanın da 2013-2014-cü il mövsümündə mübarizəyə qoşulacağı bildirilib. Lakin tədbirdə vurğulanıb ki, bu klub lazımi sənədləri vaxtında Peşəkar Futbol Liqasına təqdim etmədiyi üçün çempionata buraxılmayıb. Bu səbəbdən, hər tur 7 oyun keçiriləcək və 1 komanda istirahət edəcək.
İlk turun oyunları 14-15 sentyabrda olacaq:
"Turan T" (Tovuz) - "Araz-Naxçıvan"
"Qaradağ Lökbatan" - "Göyəzən" (Qazax)
"Neftçala" - "Karvan" (Yevlax)
"Ağsu" - "Kəpəz" (Gəncə)
"Energetik" (Mingəçevir) - "Lokomotiv" (Bakı)
"Şuşa" - "Şahdağ" (Qusar)
MOİK (Bakı) - "Bakılı"
Püşkə əsasən, ilk turda oyun keçirməyəcək “Şəmkir” mübarizəyə II turdan qoşulacaq.