İngiltərənin “Çelsi” klubu Almaniya “Bayer”inin futbolçusu Andre Şürrlenin transferini həyata keçirib. Lent.az-ın London klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı hücumçu ilə müqavilə tibbi müayinədən sonra imzalanacaq.
“The Daily Mail” nəşri Şürrlenin “zadəganlar”a 20 milyon funta başa gəldiyini yazıb. Eyni zamanda, yarımmüdafiəçi Kevin de Brüyne “Bayer”ə icarəyə veriləcək.
Qeyd edək ki, Andre Şürrle Joze Mourinyonun baş məşqçi postuna qayıdışından sonra “Çelsi”nin ilk transferidir. Şürrle peşəkar karyerasına “Maynts”da başlayıb. O, 2011-ci ildə “Bayer”ə keçib və ötən mövsüm Almaniya Bundesliqasında 34 oyuna 11 qol vurub, 7 məhsuldar ötürmə verib. Gənc forvard 2010-cu ildə Almaniya yığmasında debüt edib. O, 2 il öncə iyunun 7-də Bakıda Azərbaycan millisi ilə 2012-ci il Avropa çempionatının seçmə qrup matçının 76-cı dəqiqəsində meydana çıxıb və 90+3-cü dəqiqədə yekun nəticəni müəyyənləşdirən qolu vurub – 3:1. Qitə çempionatında isə Şürrle Bundestimin heyətində bürünc medala sahib olub.