Mayın 21-də Binəqədi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayon ərazisindəki Bakı Elektrik Şəbəkəyə məxsus stansiyanın tikintisində fəhlə işləyən Cəlilabad rayon sakini Ülvi Həsənovu elektrik cərəyanı vurması nəticəsində ölüb
Oxşar hadisə mayın 21-də Tovuz rayonu Xatınlı kəndinin ərazisində də baş verib. Tovuz rayon Paylayıcı Elektrik Şəbəkəsinin işçisi, Aşağı Öysüzlü kənd sakini Qəhrəman Hüseynov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hər iki faktla bağlı araşdır aparılır.