“Usta”, istilik və qaz idarəsinin “işçisi”, “qonşu” tutulub
07 noyabr 2015 12:40 (UTC +04:00)

“Usta”, istilik və qaz idarəsinin “işçisi”, “qonşu” tutulub

0

Oktyabrın 18-i saat 14:00 radələrində A.Nemətulla küçəsində Aynur İmamverdiyevanın mənzilindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nərimanov RPİ Cinayət Axtarış Şöbəsi və 17-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A. İmamverdiyevanın mənzilinə su idarəsinin işçisi kimi daxil olmaqla, dolabdan 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1981-ci il təvəllüdlü Vüsal Akif oğlu Qənbərov tutulub.

 

Şübhəli şəxs ətrafında keçirilən ilkin əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən olunub ki, o, iyunun 29-da saat 13 radələrində özünü usta kimi təqdim etməklə Azadlıq prospektində 1934-cü il təvəllüdlü Şərqiyə Tağıyevanın mənzilindən 190 manat pul və iki ədəd qızıl bilərzik, avqustun 19-da saat 13 radələrində Nizami rayonunda Q. Qarayev prospektində 1969-cu il təvəllüdlü Vaqif Zeynalovaya özünü istilik idarəsinin işçisi kimi təqdim etməklə mənzildən 10000 manat və qızıl boyunbağı, oktyabrın 5-də saat 11:45 radələrində Nəsimi rayonu M. Qardaşları küçəsində 1982-ci il təvəllüdlü Aysel Cennerə özünü qonşu kimi təqdim edib qızdırıcıya baxmaq adı ilə mənzildən 2 ədəd qızıl bilərzik, oktyabrın 26-da saat 13 radələrində H.Cavid prospektində 1942-ci il təvəllüdlü Tamella Hacıyevaya özünü qaz idarəsinin işçisi kimi təqdim etməklə qızıl-zinət əşyalarını talayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar