Bu gün Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, Şeyx Şamil küçəsi ev 8, mənzil 6 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Cavadov Şakir Ənvər oğlu Salyan şosesi 32 ünvanında Veloparkın ərazisində şam ağacından özünü asaraq intihar edib.
Bildirilir ki, Ş.Cavadov 1 ay əvvələdək Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 144 saylı MKİS-in rəisi işləyib. 1 ay əvvəl isə o, 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyində digər vəzifəyə keçirilib.
Onun müxtəlif şəxslərə külli miqdarda borcunun olduğu bildirilir.