Süni qiymət artırmında təqsirli bilinən şəxslər <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA
01 iyun 2016 11:48 (UTC +04:00)

Süni qiymət artırmında təqsirli bilinən şəxslər MƏHKƏMƏ QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə, satmaqda, süni qiymət artımında təqsirləndirilən Əfqan Xudaverdiyev və İbadulla Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

 

Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Əfqan Xudaverdiyevin vəkili prosesdə vəsatət qaldıraraq bildirib ki, müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunmasını istəyib. İbadulla Hüseynovun vəkili Cavad Cavadov da müdafiə etdiyi şəxs barəsində seçilən həbs qətimkan tədbirin dəyişdirilməsini tələb edib. Vəkil bildirib ki, ümumiyyətlə bu şəxslər barəsində verilən ittihamlar heç biri sübuta yetirilməyib. Hakimlər tərəfindən vəsasətlər təmin edilməyib. Məhkəmə baxışı iyunun 7-də təyin edilib.

 

Qeyd edək ki, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 31C ünvanında yerləşən “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib. Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib. “Alfa med” MMC-nin ofisinə baxış zamanı bir sıra zəruri sənədlər, dərman nümunələri, həmin dərmanların müvafiq sənədləşmə olmadan satışının həyata keçirilməsi, müxtəlif şəxslər vasitəsi ilə qanunsuz olaraq satılması, şirkətdə qara muhasibatlığın aparılmasına dair mühüm əhəmiyyət kəsb edən kitablar və digər qeydlər aşkar edilərək götürülüb. Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanmaqla “Alfa med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyev və İ.Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Daha sonra hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Səlcuq Elçin

Oxşar yazılar