Sumqayıtda yol çöküb: qayınana ilə gəlin xəsarət alıb - YENİLƏNİB
28 may 2014 10:26 (UTC +04:00)

Sumqayıtda yol çöküb: qayınana ilə gəlin xəsarət alıb - YENİLƏNİB

Sumqayıt şəhərinin "İnşaatçı" qəsəbəsində çökmə hadisəsi baş verib. APA-nın məlumatına görə, çökmənin baş verdiyi ərazidən içməli su borusu keçir. Boruda sızma əmələ gəlib və nəticədə yolun piyadalar üçün nəzərdə tutulan yerində təxminən 2 metr dərinliyində çuxur əmələ gəlib.

 

Hadisə zamanı oradan keçən 1957-ci il təvəllüdlü Sədaqət Məmmədova çuxura düşüb. Onun yanında olan gəlini, 1989-cu il təvəllüdlü Rüxsarə Məmmədova qayınanasını çuxurdan çıxarmağa çalışsa da, özü də ora düşüb. Hər iki qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım briqadası tərəfindən Sumqayıt şəhər xəstəxanasının Zədə Mərkəzinə çatdırılıb. Sədaqət və Rüxsarə Məmmədovalara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.

 

Çökmənin baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin və şəhər İcra Hakimiyyətinin nümayəndələri baxış keçiriblər. Yaranın çuxur doldurulub, ərazidə təhlükəsizlik tədbirləri görülüb.

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1391

Oxşar yazılar