80 yaşlı qonşusunu qətlə yetirən şəxsin məhkəməsi başlayıb
22 dekabr 2016 11:02 (UTC +04:00)

80 yaşlı qonşusunu qətlə yetirən şəxsin məhkəməsi başlayıb

0

80 yaşlı qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Rafiq Şıxverdiyevin cinayət işi üzrə məhkəmə başlayıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 29-na təyin edilib.

 

Qeyd edək ki, hadisə Xudat şəhəri Zeynalabdin Tağıyev küçəsi 79 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Şıxverdiyev Rafiq Məhəmməd oğlu qonşusu 1936-cı il təvəllüdlü İbrahimxəlilova Fatma Ramazan qızını boğazını kəsərək qətlə yetirib. Hadisəni törədən R.Şıxverdiyev Xudat şəhər Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar