7 yaşlı Nihadın döyülməsini prokurorluq araşdıracaq - YENİLƏNİB
22 may 2014 13:11 (UTC +04:00)

7 yaşlı Nihadın döyülməsini prokurorluq araşdıracaq - YENİLƏNİB

Bakıda internat məktəbində döyüldüyü iddia olunan şagirdlə bağlı məsələni Suraxanı Rayon Prokurorluğu araşdıracaq.


 

Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsinin təhqiqatçısı Rasim Seyidov məlumat verib.

 

R. Seyidov qeyd edib ki, 7 nömrəli xüsusi internat məktəbinin şagirdi, 2006-cı il təvəllüdlü Nahid Zaur oğlu Cavadovun sifətində göyərmə izləri ilə bağlı hadisə şahidlərinin və internat rəhbərliyini izahatları toplanılaraq, araşdırılması üçün Suraxanı Rayon Prokurorluğuna təqdim edilib.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində II sinif şagirdi Nahid Cavadovun müəllim tərəfindən dəyənəklə döyülməsi barədə məlumatlar yayılıb.

 

Təhsil Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, may ayının 16-da saat 17:00 radələrində II sinif şagirdi, 2006-cı il təvəllüdlü Nahid Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və alın nahiyəsindən zədə alıb. X sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb və uşağa ilkin yardım göstərilib. Aldığı zədə nəticəsində səhəri gün onun gözlərinin altı qaralıb.

 

Təhsil Nazirliyinin əməkdaşları ilə söhbət zamanı N. Cavadov yıxıldığını təsdiqləyib. Şagird bildirib ki, ona qarşı heç bir fiziki təzyiq halı baş verməyib. Şagird eyni sözləri dünən internat məktəbinə gəlmiş MTN və DİN-in əməkdaşlarına da söyləyib.

 

Sonradan isə “youtube”də Nahid Cavadovun videosu yayılıb. O, Afaq adlı müəllimə tərəfindən döyüldüyünü deyib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 890
avatar

Oxşar yazılar