7 ballıq zəlzələ Bakının hündürmərtəbəli binalarında da hiss olunub
04 sentyabr 2015 10:26 (UTC +04:00)

7 ballıq zəlzələ Bakının hündürmərtəbəli binalarında da hiss olunub

0

 

Şəkidə baş verən güclü zəlzələ Azərbaycanın çox böyük ərazisini əhatə edib.

 

Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya şöbəsinin müdiri Tahir Məmmədlinin Lent.az-a verdiyi məlumata görə, 12 ballıq şkala üzrə episentrdə 7 bal gücündə olan zəlzələ Bakıya qədər bütün rayonlarda hiss olunub: "Bakının hündürmərtəbəli binalarında yaşayan əhali də zəlzələni hiss edib. Şamaxıda zəlzələ 4 bal gücündə hiss olunub”.

 

T. Məmmədli deyib ki, zəlzələ olan bölgədən aktiv qırılma keçir: “Zaqatala-Balakəndən Şamaxıya qədər uzanan dərinlik qırılmasının aktiv hissəsi Şəkidən keçir. Ona görə də həmin bölgədə zəlzələ olması ehtimalı həmişə yüksək olub. Amma bilavasitə Şəkinin özündə belə yüksək maqnitudalı zəlzələ olmamışdı”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar