65 yaşlı kişini ilan sancdı - Qaxda
14 avqust 2017 22:45 (UTC +04:00)

65 yaşlı kişini ilan sancdı - Qaxda

Qaxda 65 yaşlı kişini ilan sancıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Güllük kəndində qeydə alınıb.

 

Kənd sakini, 1952-ci il təvəllüdlü Mürsəl Şərifov yaşadığı evin həyətyanı sahəsində işləyərkən ilan qəfildən onun sağ qolundan sancıb.

 

Qax Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 65 yaşlı Mürsəl Şərifova lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-stabil olduğu bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 127
avatar

Oxşar yazılar