62 yaşlı qadını və 17 yaşlı oğlanı it dişləyib
09 avqust 2019 14:02 (UTC +04:00)

62 yaşlı qadını və 17 yaşlı oğlanı it dişləyib

0
Sumqayıtda 2 nəfəri it dişləyib.
 
APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Corat qəsəbəsində 62 yaşlı Bayramlı Yaxşıxanım Əlibaba qızını it dişləyib.
 
Digər hadisə isə şəhərin "BTZ bağları" adlanan yaşayış massivində qeydə alınıb. 17 ya.lı Rüstəmov Rəsul Məzahir oğlu bağ evində itin hücumuna məruz qalıb. Ona sağ baldırın yuxarı üçdə bir hissəsinin dişlənmiş yarası diaqnozu qoyulub.
 
Hər iki şəxs xəstəxanaya aparılıb və quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 537

Oxşar yazılar