61 yaşlı kişinin evdə meyiti tapıldı
03 sentyabr 2019 12:16 (UTC +04:00)

61 yaşlı kişinin evdə meyiti tapıldı

Bakıda evdən kişi meyiti tapılıb.
 
Lent.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Əliyev Bəhram Eynulla oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.​
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413
avatar

Oxşar yazılar