57 yaşlı qadın üstünə neft töküb yandırdı
03 dekabr 2015 10:29 (UTC +04:00)

57 yaşlı qadın üstünə neft töküb yandırdı

Gədəbəydə 57 yaşlı qadın intihara cəhd edib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Şınıx kəndində kənd sakini, 1958-ci il təvəllüdlü Nəsibə Hüseynova yaşadığı evdə üzərinə neft tökərək özünü yandırıb. Qadın dərhal Gədəbəy rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Ona bədənin 95 faizinin 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub. N. Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir. 

 

İlkin məlumata görə,  N. Hüseynova ailə münaqişəsi zəminində özünü yandırıb.

 

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

 
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

Oxşar yazılar