Mayın 6-da Xaçmaz rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Sayad kənd sakini, 1963-cü il təvəllüdlü Cəmiyev Faiq Camo oğlu özünü yaşadığı mənzildə asaraq intihar edib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, intiharın səbəbləri araşdırılır.