4 gün əvvəl qəzaya uğramış avtobus...hələ də yoldan götürülməyib
04 iyun 2014 10:34 (UTC +04:00)

4 gün əvvəl qəzaya uğramış avtobus...hələ də yoldan götürülməyib

Xocasən-Lökbatan yolunda 4 gün əvvəl qəzaya uğramış BZSA-3742 (Бакинский завод специализированных автомобилей) markalı yük avtobusu hələ də hadisə yerindən götürülməyib. Lent.az-ın hadisə yerində olan müxbirinin xəbərinə görə, avtobusun qabaq asqısı qopduğu üçün qəzaya uğrayıb. Hadisədən 4 gün keçməsinə baxmayaraq qəzanın yoldakı izləri aydın seçilir. Yuxarı hissədəki lükdən görünür ki, avtobus mişar daşı daşıyırmış.

 

Qeyd edək ki, bu avtobuslar ötən əsrin 70-90-cı illərində Bakı avtomobil zavodunda PAZ markalı avtobusların şassisi üzərində yığılıb. “BAKAZ 3219” markalı avtobuslar isə 90-cı illərin sonunadək sərnişindaşımada istifadə edilib, bəzi xüsusi versiyaları isə Milli Orduda səyyar hospital  funksiyası yerinə yetirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1198

Oxşar yazılar