Samux rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə 1971-si il təvəllüdlü İlham Muhama oğlu Qudavasovun Alazan çayında batmadı barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.
İ.Qudavasovun cəsədi batdığı yerdən, təxminən, 12 km məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:20-də başa çatıb.