Gömrükçülər 41200 ədəd qanunsuz siqareti aşkarladılar
26 may 2016 15:02 (UTC +04:00)

Gömrükçülər 41200 ədəd qanunsuz siqareti aşkarladılar

0

Azərbaycana qanunsuz tütün məmulatlarının keçirməsinin qarşısı alınıb.

 

 

Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə,  Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə 41200 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

İdarənin  Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Samur” gömrük postunun gömrük nəzarəti zonasında  2 avtomobilə baxış keçirib.  Yoxlama zamanı avtomobillərin müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilən 41200 ədəd siqaret aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar