Bakıda 2 yaşlı uşaq dördüncü mərtəbədən yıxılaraq ölüb. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Asif Məhərrəmov küçəsi 52 ünvanında qeydə alınıb. 2011-ci il təvəllüdlü Ramal Natiq oğlu Rəsulov yaşadığı binanın dördüncü mərtəbəsindən yıxılıb. R. Rəsulov Klinik Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ötən axşam saat 21:20 radələrində Bakının Nəsimi rayonu ərazisində 4-cü mərtəbədən yıxılan körpə möcüzə nəticəsində sağ qalıb.
Lent.az-ın anspress-ə istinadən xəbərinə görə, bu barədə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsindən bildirilib. 5-ci m/r, A.Məhərrəmov küçəsi, ev 5 ünvanında yaşayan 2 yaş 6 aylıq Ramin Rəsulov 4-cü mərtəbədən yıxılıb. Ağır kəllə-beyin xəsarətləri alan körpə dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində uşağın həyatını xilas etmək mümkün olub.
İlkin araşdırmalar zamanı uşağın ehtiyatsızlıqdan yıxıldığı məlum olub. Faktla bağlı araşdırmalar aparılır.