Lerik rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Molalan kənd sakini, 1981-ci il təvəllüdlü Rəşad Məmmədov özünü yaşadığı evin yaxınlığındakı tövlədə asıb. Ailə üzvləri R.Məmmədovun meyitini məftillə asılı vəziyyətdə aşkarlayıb.
İlkin məlumata görə, intihar edən şəxs uzun müddət epilepsiya xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar aparılır.