Bakı şəhərinin Binəqədi rayonu ərazisində ölümlə nəticələnən faciəvi hadisə baş verib. Rayon Polis idarəsindən Lent.az-a verilən məlumata görə, Goradil qəsəbəsində, ünvansız evlərdən birində təmir işləri apararkən 1983-cü il təvəllüdlü Həsənov Məhərrəm Ələsgər oğlunu elektrik cərəyanı vurub. O, ehtiyatsızlıqdan evin qarşısında həyət qapısının üstündən keçən elektrik naqillərinə toxunub. Nəticədə M.Həsənov cərəyanı vurması nəticəsində hadisə yerindəcə keçinib.
Faktla əlaqədar araşdırmalar aparılır.