Qəzaya uğrayan qadın yenidən gözlərini dünyaya açıb.
Lent.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Münirə Abdullah 1991-ci ildə Almaniyada avtomobil qəzası keçirib və komaya düşüb.
27 il komada qalan qadın illər sonra komadan ayılıb.
Həyata yenidən qayıdan Münirə öz ölkəsinə geri dönüb və hazırda müalicələrinə davam edir.