Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ağdaş şəhərinin Nizami küçəsində Nizami Məmmədov qeyri-rəsmi nikah münasibətində yaşadığı 23 yaşlı Aysel Baxışovanı bıçaqlayıb. Gənc qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. N.Məmmədov Zərdab rayon sakini olan qadınla tanış olub və onu Ağdaşa gətirib. Cütlük bir müddət burada yaşayıblar və daha sonra ayrılıblar.
Hazırda faktla bağlı araşdırmalar aparılır.