20 il azadlıqdan məhrum edilən şəxs şikayətçidir
25 may 2016 10:16 (UTC +04:00)

20 il azadlıqdan məhrum edilən şəxs şikayətçidir

0

Qusar tanışı öldürməkdə təqsirləndirilən Rəşad Abdulrəhimov birinci instansiya məhkəməsinin hökmündən şikayəti verib.

 

 

Lent.az-ın məlumatına görə, şikayət baxılmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Nazim Mövsümovun icraatına verilib. Şikayət üzrə ilkin baxış iclası iyunun 7-də təyin edilib.

 

 

Qeyd edək ki, qətl keçən il Qusarda baş verib. Rayon sakini Şahin Niftəliyevin evinə gəlmiş tanışı və həmyerlisi R.Abdulrəhimov münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. Bu zaman həmin ünvanda kirayədə yaşayan Zibeydə Hacıbəyova onları ayırmaq istəsə də R.Abdulrəhimov onu itələyərək, ev sahibinə xəsarət yetirməkdə davam edib. Nəticədə aldığı zərbələrdən Ş.Niftəliyev yerindəcə keçinib. Hadisəni törədən R.Abdulrəhimov onları ayırmaq istəyən Z.Hacıbəyovaya da xəsarət yetirib. Qadın rayon mərkəzi xəstəxanasında ilk tibbi yardımdan sonra evə buraxılıb. Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Abdulrəhimov tutulub. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R.Abdulrəhimov 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 223

Oxşar yazılar