Oktyabrın 30-da Moskva prospektində «İsuzi» markalı 61 saylı xətt avtobusunu idarə edən Bakı şəhər sakini İsmayıl Məmmədovun əlindən 19 manatı soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nəsimi RPİ PPXB və 20-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Hicran Aydınov tutulub.