18 yaşlı oğlan faciəvi şəkildə öldü
30 mart 2014 11:27 (UTC +04:00)

18 yaşlı oğlan faciəvi şəkildə öldü

0

 

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Dondar Quşçu kəndi ərazisində “Mercedes” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxıb və maneəyə çırpılaraq aşıb. Avtomobildə olan sərnişinlərdən 1996-cı il təvəllüdlü Əliyev David Cahan oğlu hadisə yerindəcə keçinib. Sürücü və digər sərnişin ağır yaralanıb.

 

Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2422

Oxşar yazılar