16 yaşlı oğlan damarını kəsdi
12 iyul 2013 19:28 (UTC +04:00)

16 yaşlı oğlan damarını kəsdi

Ucar sakini intihara cəhd edib. APA–nın yerli bürosunun məlumatına görə, hadisə bu gün 18:00 radələrində rayonun Qazyan kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədov Abas Ağasəf oğlu hər iki qolunun damarlarını kəsərək, intihara cəhd edib. O, yaralı təcili yardım maşını ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, A. Əhmədov xəstəxanaya şok vəziyyətində daxil olub. Hazırda ona yardım göstərilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1057
avatar

Oxşar yazılar