Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən, 2000-ci il təvəllüdlü Əli Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Ə. Rəhimov 1 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və onun barəsində Cinayət Məcəlləsinin 70-ci( şərti) verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Ə. Rəhimov Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsinə əsasən ittiham olunub.