16 dərəcə isti olacaq
31 yanvar 2015 12:31 (UTC +04:00)

16 dərəcə isti olacaq

0

Fevralın 1-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-12 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə, gündüz 9-11 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcədə şaxtadan 2 dərəcəyədək isti, yüksək yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar