13 yaşlı oğlan faciəvi şəkildə öldü - YENİLƏNİB
20 may 2014 18:28 (UTC +04:00)

13 yaşlı oğlan faciəvi şəkildə öldü - YENİLƏNİB

Masallı rayonunda bədbəxt hadisə baş verib.


 

Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə mayın 20-də rayonun Mahmudavar kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Orxan Xalıq oğlu Babayev hərəkətdə olan “ZİL” markalı yük maşınının yük yerindəki ot tayasının üstündə əyləşdiyi vaxt müvazinətini itirərək yerə yıxılıb. Hadisə yerinə dərhal həkim briqadası çağırılsa da, 13 yaşlı uşaq baş-beyin nahiyəsindən aldığı xəsarətdən  dünyasını dəyişib.

 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2939
avatar

Oxşar yazılar