130 min manatı mənimsəyən qadın MƏHKƏMƏ QARŞISINDA
29 dekabr 2014 11:59 (UTC +04:00)

130 min manatı mənimsəyən qadın MƏHKƏMƏ QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Yeganə Mehdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə Yeganə Mehdiyevanın anket məlumatları dəqiqləşdirilib və məhkəmə baxışı yanvarın 5-nə təyin edilib.

 

 

Qeyd edək ki, Yeganə Mehdiyeva bir nəfəri aldadaraq onun 130 min manatını alıb. Sonra isə verdiyi vədə əməl etməyərək pulu mənimsəyib. Zərərçəkmiş şəxs məsələ ilə bağlı Xətai rayon Polis İdarəsinə müraciət edib və Yeganə Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb, axtarışa verilib.

Xətai rayon Polis İdarəsi və 34-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbirləri nəticəsində Yeganə Mehdiyeva tutulub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 105
avatar

Səlcuq Elçin

Oxşar yazılar