106 əsgərdə xəstəlik aşkar edildi
17 yanvar 2014 11:00 (UTC +04:00)

106 əsgərdə xəstəlik aşkar edildi

“Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin təkrarən yoxlanışdan keçirilməsində məqsəd ilk növbədə hərbi qulluqçuların sağlamlığına diqqətin artırılmasıdır”. Lent.az-ın məlumatına görə, bunu “Yeni Müsavat”ın sorğusuna cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərğahlı bildirib. Onun sözlərinə görə, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi çox müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir.

“Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir. Qeyd edək ki, görülən tədbirlər artıq öz nəticəsini verir. Yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar. Bu gənclərin 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər aşkar edilib”.

 

Nazirlik rəsmisinin sözlərinə görə, təkrar yoxlama vacibdir. “Çünki Səfərbərlik Xidmətində bu qədər xəstə çağırışçının müayinədən keçirilərkən xəstəliklərinin müəyyən edilməməsi çox ciddi suallar doğurur. Belə çıxır ki, Səfərbərlik Xidmətinin rəhbərliyini yalnız çağırışçıların sayı maraqlandırır. Onların sağlam olub-olmaması isə Səfərbərlik Xidmətində vəzifə tutanları maraqlandırmır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1493
avatar

Oxşar yazılar

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43