1-ci sinif şagirdinin ölümü ilə bağlı <span style="color:red;">YENİ MƏLUMAT
01 mart 2018 10:14 (UTC +04:00)

1-ci sinif şagirdinin ölümü ilə bağlı YENİ MƏLUMAT

Dünən səhər saatlarında Sabirabad rayonunda 6 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Moranlı kəndində “T-28” markalı traktorla 6 yaşlı Cəlil Telman oğlu Əsədlini vuran Elnur Hüseynovun sürücülük vəsiqəsi olmadan kənd təsərrüfatı texnikasını idarə etdiyi məlum olub.

 

Bildirilir ki, səhər saatlarında əkin sahəsinə gedən E.Hüseynov traktorla qəfil yola çıxan 6 yaşlı Cəlili vurub. Hadisədən sonra o, polis tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, qəzada vəfat edən 6 yaşlı Cəlil məktəbin birinci sinif şagirdi imiş və hadisə səhər saatlarında - o, məktəbə gedərkən baş verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 306
avatar

Nizam Rza

Oxşar yazılar