Xaricdən "Santafe" gətizdirənlərin başına OYUN GƏLDİ: 70 minlik DƏLƏDUZLUQ
20 aprel 2023 14:53 (UTC +04:00)

Xaricdən "Santafe" gətizdirənlərin başına OYUN GƏLDİ: 70 minlik DƏLƏDUZLUQ

0

Xaricdən avtomobil gətizdirmək istəyənlərə qarşı dələduzluq edilib.

Lent.az xəbər verir ki, xaricdən “Hyundai Santafe” markalı avtomobil gətizdirmək istəyən paytaxt sakinləri dələduzluqla üzləşib. Belə ki, R. Çıraqov onlara kömək edəcəyini deyərək, ümumilikdə 70 min manata yaxın pullarını alıb.

Amma sonradan vədinə xilaf çıxıb.

Aldadıldığını görən zərərçəkmişlər hüquq-mühafizə orqanlarına üz tutublar. R. Çıraqov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə məhkəmə istintaqı davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3749

Oxşar yazılar