Xalq təbabəti ilə masaj etdiyi uşağı öldürən həkim EVƏ BURAXILDI  - YENİLƏNİB
09 oktyabr 2024 17:29 (UTC +04:00)

Xalq təbabəti ilə masaj etdiyi uşağı öldürən həkim EVƏ BURAXILDI - YENİLƏNİB

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı ittiham olunan şəxsin barəsində istintaq orqanının təqdimatına baxılıb.

Lent.az-ın məlumatına görə, Biləsuvar rayon Məhkəməsində rayonda sınıqçı kimi tanınan Nərgiz İmanova barəsində 2 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Azyaşlının ailə üzvləri qərardan yuxarı instansiyaya şikayət edəcəklərini bildiriblər.

Qeyd edək ki, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabətilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır./APA

***

8 oktyabr, saat 18:20

Biləsuvar rayonunda azyaşlının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 7-də Biləsuvar rayon sakini, 2022-ci il təvəllüdlü Qubadlı Nəzrin Emin qızının xalq təbabətilə məşğul olan şəxs tərəfindən sümüklərinin manipulyasiyası zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla N.Qubadlının bədən səthinə göstərilən təzyiqlər nəticəsində yaranmış ağrı şokundan ehtiyatsızlıqdan ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4140
avatar

Oxşar yazılar