Xaçmaz rayonunun Çarxı kəndində fərdi yaşayış evlərinin birində qadın meyiti aşkarlanıb.
APA-nın Şimal bürosu xəbər verir ki, cəsədin 53 yaşlı Həcər Sultanovaya məxsus olduğu müəyyənləşib.
Hazırda qadının hansı səbəbdən ölməsi araşdırılır.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalara başlanılıb.